Növbədənkənar prezident seçkilərinə xarici medianın marağı böyükdür.
Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, indiyədək Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən 63 media qurumunun 119 əməkdaşı seçki prosesinin işıqlandırılması üçün müraciət edib.
MSK sədri deyib ki, 790 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.