Azərbaycan Silahlı Qüvvələrinin generalları Türkiyə Respublikasının qurucusu, birinci prezidenti Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni ziyarət ediblər.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
“Azərbaycan Silahlı Qüvvələrinin generalları Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün əbədi istirahətgahı olan Anıtqəbri ziyarət ediblər”, - paylaşımda qeyd olunub.
Azerbaycan Silahlı Kuvvetlerinde görevli Generaller, Cumhuriyetimizin kurucusu Gazi Mustafa Kemal Atatürk’ün ebedî istirahatgâhı olan Anıtkabir’i ziyaret etti. #MillîSavunmaBakanlığı pic.twitter.com/xMq90fSqUu
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 1, 2024