Modern.az

XXI əsrin yeni lideri

XXI əsrin yeni lideri

Aktual

2 Fevral 2024, 10:38

XXI əsrin yeni lideri cənab İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günlərdən başlayaraq, qətiyyətli çıxışı, idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti ilə xalqının böyük rəğbət, inam və etibarını qazandı. 

 

Əsası 1918-ci ildən qurulan 105 illik dövlətçilik tariximizdə, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövrü,  Azərbaycanı bölgənin  lideri və söz sahibi etdi. Azərbaycanın dayanıqlı iqtisadiyyatı və hərbi gücü ilə beynəlxalq aləmdə layiqli yerini tutan və öz problemlərini həll edən qüdrətli bir dövlətə çevrilməsi məhz XXI əsrin yeni Lideri cənab İlham Əliyevin adı ilə bağlıdır. 

 

Tarix boyu Azərbaycanın ərazisi hissə-hissə alınıb və geri qaytarılmayıb. Son 200 il ərzində, Prezident İlham Əliyev yeganə dövlət başçısıdır ki, işğal olunmuş ərazimizi düşmən tapdağından azad etdi. Ərazi bütövlüyünün bərpa edilməsi Prezident İlham Əliyevin güclü milli iqtisadi siyasətinə söykənməsidir ki, bu da regionumuza sülh, əmi-amanlıq və inkişaf üçün yeni imkanlar yaradıb. 

 

Cənab İlham Əliyevin prezident vəzifəsində qəbul etdiyi ilk mühüm qərar ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi olmuşdur. Belə ki, Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli  inkişafına dair davamlı və sistemli proqramların əsasını qoymuş, sosial-iqtisadi inkişafın real dinamikasını təmin etmişdir.

 

Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordu quruculuğuna, silahlı qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlər  həyata keçirilmişdir. Torpaqlarımızın azad olunması məqsədilə ordumuzu Qələbəyə hazırlamış, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırmışdır.  Onun Prezidentlik dövünün möhtəşəm zirvəsində işğal altındakı torpaqlarıızın azad olunması ilə nəticələnmiş ikinci Qarabağ Vətən müharibəsidir. Bu müharibədə qazanılan möhtəşəm zəfər və lokal antiterror tədbirlərinin uğurlu nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

 

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətdə qazanmış olduğu uğurların nəticəsində 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə  çevrildi. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri və  qalib dövlətin vətəndaşlarıyıq. 

 

 

Telman Niftaliyev,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Humanitar fənlər” kafedrasının dosenti.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi