Modern.az

Şənbə gününün HAVASI

Şənbə gününün HAVASI

Aktual

2 Fevral 2024, 12:17

Fevralın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

 

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi