Modern.az

Qiymət dəyişkliyi ilə bağlı meyarlar hazırlanacaq

Qiymət dəyişkliyi ilə bağlı meyarlar hazırlanacaq

İqtisadiyyat

2 Fevral 2024, 18:05

Strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları hazırlanacaq.

 

Modern.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət ehtiyatları haqqında” qanunun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.

 

Nazirlər Kabineti 6 ay müddətində strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını təsdiqləyib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü