Modern.az

Komitə sədrinin müavini dövlət katibi ilə görüşüb

Komitə sədrinin müavini dövlət katibi ilə görüşüb

Aktual

3 Fevral 2024, 15:59

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Budapeştə səfər çərçivəsində Macarıstanın milli siyasət üzrə dövlət katibi Arpad Yanos Potapi ilə görüşüb.

Qurumdan Modern.az-a bildirilib ki, görüşdə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə iştirak edib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırılıb.

V.Seyidbəyov dövlətimizin diaspor siyasəti, Komitənin fəaliyyət istiqamətləri, yaxın gələcəkdə Milli Siyasət üzrə Dövlət Katibliyi ilə birgə həyata keçirilə biləcək layihələr barədə danışıb.

Sönra iki ölkənin dövlət qurumları arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsi adından dövlət katibinə xatirə hədiyyəsi təqdim edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi