Modern.az

Polşada itən azərbaycanlı qadının meyiti tapıldı

Polşada itən azərbaycanlı qadının meyiti tapıldı

Aktual

4 Fevral 2024, 09:48

Polşada iki aylıq uşağı ilə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti çaydan tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

 

Onun cansız bədəni Oder çayında aşkarlanıb.

 

Körpənin taleyi barədə məlumat yoxdur.

 

Xatırladaq ki, 29 yaşlı Adilə Mehdiyeva ötən ilin dekabrında 17-də iki aylıq körpəsi ilə birgə Vroslavdakı Sikorsky küçəsindəki mənzilini tərk edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI