Modern.az

\"Qəbələ\" \"Zirə\" oyununda heç-heçə

\

4 Fevral 2024, 20:04

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ikinci qarşılaşmasında "Qəbələ" "Zirə"ni qəbul edib.

 

Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşün ilk qolunu meydan sahiblərinin heyətində 4-cü dəqiqədə Ülvi İsgəndərov vurub. 19-cu dəqiqədə isə İlkin Muradov tabloya adını yazdıraraq hesabı bərabərləşdirib. Xallarının sayını 31-ə çatdıran "qartallar" dördüncü sırada qalıb. Bölgə təmsilçisi isə 15 xalla sonuncu pillədə qərarlaşıb.

 

Qeyd edək ki, günün ilk matçında "Sumqayıt" evdə "Neftçi"ni üstələyib - 2:1. Premyer Liqanın XXI turuna fevralın 5-də oynanılacaq “Kəpəz” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüşü Kamal Umudlu idarə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi