Modern.az

Silahla vətəndaşa xəsarət yetirən qardaşlar TUTULDULAR

Silahla vətəndaşa xəsarət yetirən qardaşlar TUTULDULAR

4 Fevral 2024, 21:05

Fevralın 2-də Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zabil Aslonova odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəxslər elə həmin gün saxlanılıb.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, saxlanılan Bahəddin və Babək Bayramlı qardaşlarından Bahəddin Bayramlıya məxsus avtomobildən cinayət aləti olan 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

 

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Şübhəli şəxslər barəsində Cinayət Məcəlləsinin müfaviq maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı