Modern.az

Maşın aşdı: bacı-qardaş yaralandı

Maşın aşdı: bacı-qardaş yaralandı

Hadisə

4 Fevral 2024, 23:51

Hacıqabul rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, yol qəzası Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan Əzizli Ayxan Eldəniz oğlu və Əzizli Aydan Eldəniz qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı