Modern.az

Qusarda minik maşınları toqquşdu - 5 nəfər xəsarət aldı

Qusarda minik maşınları toqquşdu - 5 nəfər xəsarət aldı

Hadisə

5 Fevral 2024, 09:04

Qusar-Quba avtomobil yolunun 4-cü kilometrliyində baş verən qəzada 5 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, yolun Quba rayonu ərazisindən keçən hissəsində Rüstəm Rüstəmov və Qahir Süleymanovun idarə etdiyi “Opel” və “VAZ 2109” markalı avtomobillər toqquşub.

 

Qəza zamanı avtomobillərdə olan Zülfüqarov Elzamin Seyfulla oğlu, Balayev Nurlan Cavanşir oğlu, Əlixanov Elnur Ərəstun oğlu, Əliyev Nazif Nəriman oğlu və Süleymanov Qahir Asəf oğlu xəsarət alıblar.

 

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Toqquşma nəticəsində minik maşınında sıxılmış vəziyyətdə qalan sərnişin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xilas edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?