Modern.az

Örüşdə maşınla qadını vurub öldürdü

Örüşdə maşınla qadını vurub öldürdü

5 Fevral 2024, 09:32

Quba rayonunda yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, rayonun Xarovşa kənd sakini, 1956-cı il təvəllüdlü Ağarza Məmmədov yol infrastrukturuna aid olmayan ərazidə - örüş sahəsində idarə etdiyi avtomobillə qadını vurub. Nəticədə piyada, Həsənova Zahidə Hacı qızı ağır xəsarətlər alıb və hadisə yerində vəfat edib.

 

Bildirilir ki, A.Məmmədovun sürücülük hüququ olmayıb.

 

Onun barəsində Quba RPŞ-də cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı