Modern.az

35 yanğına çıxış olub, 6 nəfər xilas edilib

35 yanğına çıxış olub, 6 nəfər xilas edilib

5 Fevral 2024, 10:28

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər, o cümlədən “ВАЗ” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.

 

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı