Modern.az

Avtoyuma məntəqəsindən maşını qaçırıb QƏZA TÖRƏTDİ

Avtoyuma məntəqəsindən maşını qaçırıb QƏZA TÖRƏTDİ

5 Fevral 2024, 10:34

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

 

Modern.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı və 18-ci Polis şöbələri əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “FAW” markalı avtomobili qaçırmaqda və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Mingəçevir şəhər sakini Qılınc Abbasov saxlanılıb.

 

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı