Modern.az

Naxçıvanda qadın dəm qazından boğularaq öldü

Naxçıvanda qadın dəm qazından boğularaq öldü

5 Fevral 2024, 12:45

Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini dəm qazı sızması nəticəsində ölüb.

 

Modern.az xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Naxişnərgiz kəndində qeydə alınıb.

 

Kənd sakini, 1983-cü il təvəllüdlü Zamanova Məleykə Mahmud qızının həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı