Modern.az

UNEC Çində ümumdünya konfransında təmsil olunur

UNEC Çində ümumdünya konfransında təmsil olunur

5 Fevral 2024, 14:58

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Çin Xalq Respublikasının Təhsil Nazirliyi tərəfindən Şanxay şəhərində təşkil olunan “Rəqəmsal təhsil: tətbiq, birgə istifadə və innovasiya” mövzusunda ümumdünya konfransında təmsil olunub.

 

UNEC-dən Modern.az-a bildirilib ki, 80-dən çox ölkə və regiondan olan nümayəndələr təhsilin rəqəmsal transformasiyası üzrə ən son siyasətlərini və effektiv təcrübələrini bölüşüblər.

 

Konfransda rəqəmsallaşma üzrə prorektor Raqif Qasımov və UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu