Modern.az

Ermənistanın döşədiyi mina qurbanlarının sayı 344 nəfərdir - XİN

Ermənistanın döşədiyi mina qurbanlarının sayı 344 nəfərdir - XİN

Aktual

5 Fevral 2024, 17:24

Ermənistan günahsız mülki insanların minaya düşərək həlak olmasına görə məsuliyyət daşıyır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

 

Qeyd olunub ki, 2020-ci ilin sonundan bəri 344 nəfər Ermənistanın döşədiyi minaya düşüb. Onlardan 65 nəfər həlak olub.

 

"Son iki gündə mina partlaması nəticəsində daha iki mülki şəxs yaralanıb", - nazirlikdən bildirilib.

 

Xatırladaq ki, son 2 gündə - fevralın 4-də və 5-də Tərtərdə iki mülki şəxs minaya düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI