Modern.az

TƏBİB qızılcadan ölən uşaqla bağlı məlumat yaydı 

TƏBİB qızılcadan ölən uşaqla bağlı məlumat yaydı 

5 Fevral 2024, 21:02

Ötən gün saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü Yusif Raul oğlu İsmayılov Tovuz Rayon Mərkəzi Xəstəxanasının (MRX) Təcili yardım şöbəsinə yerləşdirilib.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a bildirilib ki, daxil olarkən vəziyyəti ağır olub.

 

Uşaq, həmçinin serebral iflic xəstəsi olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı