Modern.az

Xankəndidə xeyli silah-sursat tapıldı

Xankəndidə xeyli silah-sursat tapıldı

Aktual

6 Fevral 2024, 09:38

Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

 

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI