Rusiyada həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı 27-ci dəfə cəzaçəkmə kamerasına salınıb.
Modern.az "Mediazona"ya istinadən xəbər verir ki, bunu onun mətbuat katibi Kira Yarmış bildirib.
Yarmışın sözlərinə görə, siyasətçiyə 15 sutka verilib. Ümumilikdə o, 308 gün cəza kamerasında qalacaq.
Navalnı fevralın 11-də əvvəlki cəza kamerasını tərk edib.
***
06.02.2024 / 10:36
Rusiyada həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı 26-cı dəfə cəzaçəkmə kamerasına salınıb.
Modern.az "Meduza"ya istinadən xəbər verir ki, bunu onun mətbuat katibi Kira Yarmış bildirib.
Yarmış deyib ki, siyasətçi yenidən cəza kamerasına göndərilib. Onun sözlərinə görə, Navalnı fevralın 1-dən cəzaçəkmə kamerasındadır. Ona 10 sutka verilib.
Aleksey Navalnı ümumilikdə 293 gün cəza kamerasında qalacaq.