Modern.az

Seçki günü 18 yaşı tamam olan gənc - İkiqat sevincliyəm

Seçki günü 18 yaşı tamam olan gənc - İkiqat sevincliyəm

Aktual

6 Fevral 2024, 13:56

Azərbaycanın ən gənc seçicisi məlum olub. Bu, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin sığorta işi ixtisasının  II tədris ili tələbəsi Mir-Rasif Rasim oğlu Heydərovdur. Mir-Rasif Heydərovun 18 yaşı  növbədənkənar prezident seçkilərinin keçirildiyi 7 Fevral tarixində tamam olacaq. O, 2006-cı ildə Lənkəran rayonunun Seyidəkəran kəndində ziyalı ailəsində anadan olub, ailənin ilkidir.

 

Bu gün Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova ölkənin ən gənc seçicisinə seçici vəsiqəsini təntənəli şəkildə təqdim edib, ilk dəfə səs verməsi və  doğum günü münasibətilə kollektiv adından təbrik edərək xoş arzularını çatdırıb.

 

Söhbət zamanı Mir-Rasif 18 yaşının tamamının 7 Fevral- növbədənkənar prezident seçkiləri ilə eyni tarixə düşdüyündən sevindiyini və həmin gün ikiqat sevinclə məntəqəyə gedərək istədiyi namizədə səs verəcəyini deyib.

 

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI