Modern.az

Şəhid xanımı 11 min dollar tapdı, sahibinə qaytardı

Şəhid xanımı 11 min dollar tapdı, sahibinə qaytardı

Aktual

6 Fevral 2024, 19:48

Vətən müharibəsi şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb.

 

Modern.az xəbər verir ki, şəhidin həyat yoldaşı pulu itirən şəxsi tapmaq üçün “ATV” telekanalında yayımlanan “Bizimləsən” verlişinə müraciət edib.

 

Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Məlumata görə, bu məbləğ 11 min dollar olub.

 

Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI