Modern.az

Komanda yoldaşını vuran futbolçu klubdan qovuldu 

Komanda yoldaşını vuran futbolçu klubdan qovuldu 

6 Fevral 2024, 20:33

"Turan Tovuz" klubu futbolçu Budaq Nəsirovla yollarını ayırıb.

 

Klubdan Modern.az-a verilən məlumata görə, bölgə təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

Qeyd edək ki, AFFA İntizam Komitəsi Budaq Nəsirovu Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda komanda yoldaşını vurduğu üçün 4 oyunluq diskvalifikasiya etmişdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi