Modern.az

Qubada qəza, yaralılar var 

Qubada qəza, yaralılar var 

6 Fevral 2024, 22:11

Qubada minik avtomobilinin qoşqulu texnika ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Hacıhüseynli kəndi ərazisində baş verib.

 

“VAZ 21099” markalı minik avtomobili yolda hərəkətdə olan kustar üsulla hazırlanmış meyvə daşıyan qoşqulu nəqliyyat vasitəsilə toqquşub. Hadisə zamanı qoşqulu texnikada olan iki nəfər xəsarət alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı