Modern.az

Prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur - MSK sədri

Prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur - MSK sədri

Aktual

7 Fevral 2024, 08:14

“Bu gün istərdik ki, işğaldan azad edilmiş ərazilərdə seçki prosesini ATƏT nümayəndələri izləsin”.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

 

O qeyd edib ki, ATƏT-in nümayəndələri artıq bir neçə dəfə azad edilən ərazilərdə olublar:

 

"Amma biz arzu edərdik ki, məhz bu gün beynəlxalq təşkilatların nümayədələri bu ərazilərdə keçirilən seçkilərdə iştirak etsinlər. Digərə tərəfdən prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur. Hər kəsin əvvəldən axıra qədər bütün prosesləri MSK-nın rəsmi saytından izləmək imkanı var”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI