Seçki məntəqələrində aktivlik müşahidə olunur.
Modern.az-ın əməkdaşı 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində olub.
Seçki məntəqəsinin sədri Şəhla Əliyeva saytımıza bildirib ki, saat 8-dən bir dəqiqə dayanmayıblar.
"Seçici siyahımızda rəsmən 1461 nəfər qeydiyyatdadır. Onlardan 15 nəfəri rəsmi çıxarış alanlardır. Saat 8-dən seçki məntəqəsinin açılışından bu dəqiqəyə kimi bir dəqiqə oturmamışıq", - o qeyd edib.