Modern.az

Mətbuat Şurasının sədri jurnalistlər üçün yaradılan şəraitlə tanış oldu

Mətbuat Şurasının sədri jurnalistlər üçün yaradılan şəraitlə tanış oldu

Aktual

7 Fevral 2024, 15:08

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində seçki prosesini işıqlandıran jurnalistlərə yaradılmış şəraitlə tanış olub.

 

Bu barədə Modern.az-a Mətbuat Şurasından bildirilib.

 

Rəşad Məcid sözügedən məntəqələrdə media təmsilçilərinin 7 fevral prezident seçkilərini işıqlandırmaları ilə bağlı heç bir problemin qeydə alınmadığını bildirib. O, jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiklərini vurğulayıb. Habelə, mediaya hər cür şəraitin yaradıldığını müşahidə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI