Modern.az

Erməni deputatdan spikerlərin mümkün görüşünə REAKSİYA

Erməni deputatdan spikerlərin mümkün görüşünə REAKSİYA

7 Fevral 2024, 17:18

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan üzvü Gevorq Papoyan spikerlər arasında mümkün görüş barədə yayılan məlumatlara toxunub.

Modern.az-ın məlumatına görə, Papoyan “Biz sülh prosesinin möhkəmlənməsinə yönələcək və ona töhfə verəcək istənilən təmasları alqışlayırıq” deyib.
 

“Ermənistan və Azərbaycan qanunverici orqanlarının rəhbərləri arasında görüş Parlamentlərarası İttifaq çərçivəsində baş tuta bilər. Biz problem görmürük. Biz sülh prosesinin möhkəmlənməsinə kömək edəcək istənilən təmasları alqışlayırıq”, - deyə o qeyd edib.

Papoyan eyni zamanda bəyan edib ki, Ermənistan problemləri müstəqil, təkbaşına həll etməlidir və Konstitusiyanın dəyişdirilməsi müstəsna olaraq Ermənistan Respublikasının daxili işidir.


Gevorq Papoyan onu da qeyd edib ki, spker Alen Simonyanın bir gün əvvəl Nikol Paşinyanın sədrliyi ilə keçirilən partiya iclasda iştirak etməməsində qeyri-adi heç nə görmür.


Deputatın sözlərinə görə, daha mühüm dövlət işləri olan İdarə Heyətinin üzvləri həmişə partiya iclaslarında iştirak edə bilmirlər, çünki dövlət partiyadan daha vacibdir.


Azərbaycan və Ermənistan parlamentinin spikerləri Sahibə Qafarova və Alen Simonyan martın 23-27-də İsveçrədə görüşə bilər.
Bir müddət əvvəl Beynəlxalq Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Sahibə Qafarova ilə Alen Simonyanın danışıqlarına qurumun ev sahibliyi edəcəyinin planlaşdırıldığını bildirmişdi.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI