Modern.az

Paşinyan 4-cü Respublikanın nə olduğuna aydınlıq gətirdi

Paşinyan 4-cü Respublikanın nə olduğuna aydınlıq gətirdi

Aktual

7 Fevral 2024, 17:28

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün 4-cü Respublika haqqında danışarkən nəyi nəzərdə tutduğunu açıqlayıb.
 

Modern.az xəbər verir ki, Paşinyan parlamenmtdəki çıxışı zamanı deyib:

“Daxili mənada mən xalqın qəbul etdiyi və hamının tanıdığı, əksəriyyətin səs verdiyi qəbul edilmiş yeni Konstitusiyanı nəzərdə tuturam.
4-cü Respublikadan söz düşmüşkən, hakim qüvvə nəyisə silmək, nəyisə yaratmaq məqsədi güdmür”.

 

Nikol Paşinyanın sözlərinə görə, 4-cü Respublika ideyası Konstitusiyanın dəyişdirilməsindən sonra dövlətin tarixinin də dəyişdiyi Fransa nümunəsi nəzərə alınmaqla təklif edilib.

“İstəyirəm ki, qarışıqlıq olmasın. Söhbət bundan gedir”, - deyən baş nazir, hazırda hakim siyasi qüvvənin masaya qoyula biləcək təkliflər paketinin olmadığını söyləyib.


O bildirib ki, rebrendinqdən (yeniləmədən) danışanda ağlına 4-cü Respublika gəlir.

 

“Bizim masaya qoya biləcəyimiz bir paketimiz yoxdur: Konstitusiyaya dəyişiklik təklif edirik və bu pis deyil, yaxşıdır. Çünki düşünürəm ki, cəmiyyət arasında bunun nə ilə bağlı olduğu barədə müzakirələr aparılmalıdır. Hesab edirəm ki, bunun edilməli olduğu barədə şüurun yaradılması vacibdir. Çünki ictimaiyyətlə müzakirə zamanı dəyişikliklərin niyə baş verdiyi məlum olacaq”.
 

Paşinyanın sözlərinə görə, onların hakimiyyəti dövründə Ermənistanda seçki saxtakarlığı olmayıb.

"Düzünü desəm, əgər bizim hökumətin tabeliyində olan kimsə seçkiləri saxtalaşdırmaq fikrinə düşsə, mən tam əminəm ki, belə bir şey etmək qərarına gəlsək, bunu edə bilməyəcəyik. Mən, həqiqətən, doğru deyirəm və bunun nə qədər gülməli olduğunu bilmirəm”, - baş nazir vurğulayıb.


Baş nazir qeyd edib ki, Konstitusiyanı istər indiki hakimiyyətə, istərsə də hazırkı liderə uyğunlaşdırmağa cəhd edən ənənə var, amma məhz onların belə niyyətləri yoxdur.
 

Onun sözlərinə görə, yeni Konstitusiya hakimiyyəti mövcud hökumətə uyğunlaşdırmaq cəhdi deyil.
 

“Bu, sadəcə olaraq lazım deyil", - Baş nazir deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI