Modern.az

Macarıstandakı səfirliyimizdə seçicilərin 80 faizdən çoxu səs verib

Macarıstandakı səfirliyimizdə seçicilərin 80 faizdən çoxu səs verib

7 Fevral 2024, 17:40

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Budapeşt şəhərindəki səfirliyimizdə fəaliyyət göstərən 19 saylı Nərimanov birinci seçki dairəsinin 40 saylı seçki məntəqəsində səsvermə prosesində seçici fəallığı müşahidə edilir.

 

Modern.az xəbər verir ki, saat 14:00-dək seçicilərin 80 faizdən çoxu seçkilərdə iştirak edib.

 

Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI