Modern.az

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI

Aktual

7 Fevral 2024, 18:00

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

 

Modern.az-ın xəbərinə görə, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsidir.

 

Bu seçki dairəsində seçici fəallığı 77,97 % olub.

 

Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 44.74 % olub.

 

Qeyd edək ki, saat 17.00-a qədər respublika üzrə 4590075 nəfər səs verib, seçici fəallığı 70,85 faiz olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI