Modern.az

Namizədlərdən seçkidən sonra ilk AÇIQLAMALAR

Namizədlərdən seçkidən sonra ilk AÇIQLAMALAR

Ölkə

7 Fevral 2024, 20:07

Azərbaycanda növbədənkənar prezident seçkiləri başa çatıb. İlkin nəticələr açıqlanmasa da, "exit-poll" təşkilatları apardıqları sorğunun nəticələrini elan edib. Bu nəticələrə görə, Prezident İlham Əliyev 93%-dən çox səs toplayıb.

 

Modern.az digər namizədlərin seçkilərlə bağlı təəssüratlarını öyrənib 

 

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev əsas məsələnin MSK-nın elan etdiyi nəticələr olduğunu söyləyib:

 

"Mən "exit-poll"a o qədər də inanmıram. Əsas Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrdir.

 

Bizim seçki qərargahımız fəaliyyət göstərirdi. Saat 6-ya qədər heç bir qayda pozuntusu qeydə alınmayıb. Aktivlik müşahidə olunub. Səs verdiyim seçki məntəqəsində də aktivlik olub".

 

Prezidentliyə namizəd, Milli Məclisin deputatı Razi Nurullayev: "Partiya nəticələr açıqlanandan sonra bəyanat verəcək. Ona qədər isə açıqlama olmayacaq. Anlayışınız üçün təşəkkür edirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama