Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyində səsvermə uğurla başa çatıb.
Modern.az-ın məlumatına görə, Səfirlikdən bildiriblər ki, 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə Azərbaycanın Belarusdakı səfirliyində yaradılmış 38 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Seçicilərin 78 faizə yaxını Zəfər seçkisində səsvermədə iştirak edib.
Səsvermə prosesi zamanı seçki komissiyasına hər hansı şikayət daxil olmayıb