Modern.az

Fransada səsvermə başa çatdı

Fransada səsvermə başa çatdı

Aktual

7 Fevral 2024, 23:40

Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar Fransada səsvermə prosesinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, Fransadakı vətəndaşlarımız Parisdəki səfirliyimizdə yaradılan 16 saylı Yasamal ikinci seçki dairəsinin 46 saylı seçki məntəqəsində Zəfər seçkisində fəal iştirak ediblər.

 

Həmvətənlərimizin səs verməsi üçün hər bir şərait yaradılmış və seçicilər sərbəst şəkildə səsvermə hüququndan istifadə etmişlər.

 

Tam azad, şəffaf və demokratik qaydada keçən səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb, seçki komissiyasına hər hansı şikayət daxil olmayıb.

 

Fransa vaxtı ilə saat 19:00-da səsvermə prosesi başa çatıb və məntəqə bağlanıb. Seçki qutusunun açılması və səslərin sayılmasına başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI