Modern.az

Azay Quliyev: “Vətəndaşlar seçki ilə bağlı müəyyən mesajlar alıblar” - MÜSAHİBƏ

Azay Quliyev: “Vətəndaşlar seçki ilə bağlı müəyyən mesajlar alıblar” - MÜSAHİBƏ

Qarabağ

3 Oktyabr 2013, 15:56


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Modern.az saytının suallarını cavablandırıb.

- Azay müəllim, builki seçkilərdə vətəndaş aktivliyini necə qiymətləndirirsiniz?

- Builki seçkilər öncəsi vətəndaş aktivliyi nəzərəçarpacaq dərəcədə yüksəkdir. Bildiyiniz kimi,  artıq 20 gündən çoxdur ki, aktiv seçki təbliğatı kampaniyası dövrünə daxil olmuşuq. Vətəndaşlar bütün səviyyədə müəyyən mənada müxtəlif seçki mesajları alıblar. Həftədə 6 saat  İctimai Televiziya və radioda namizədlər üçün efir vaxtı ayrılıb. Onlara öz platformasını çatdırmaq imkanı veriblər. Və hər bir namizəd bu imkandan özünəməxsus şəkildə faydalanır.

- Namizədlərin debata qatılması bir çox məqamlarla yadda qalır. Təəssüf ki, onlardan seçki platformaları haqqında deyil, qarşılıqlı ittihamlar eşidirik...  

- Təəssüflər olsun ki, biz hələ də debatda hər hansı ciddi bir platformanın təqdimatının şahidi olmamışıq. Debatlarda daha çox mübahisə, müzakirə, təhqir, söyüş səsləndirilir. Bu da bir kampaniyadır. Azərbaycan demokratik ölkədir. Hər kəs öz fikrini ifadə edə bilər. Əlbəttə, könül istər ki, heç kim heç kimi təhqir etməsin, heç kim heç kimə böhtan atmasın, yalan danışmasın. Xüsusilə dövlət başçısı haqqında danışan hər bir şəxs məsuliyyətini dərk etməlidir. Bilməlidir ki, hər bir deyilən sözün əsası olmalıdır. Buna baxmayaraq, hesab edirəm ki, bütövlükdə kampaniya normal keçir.

- QHT Şurasının təşəbbüsü ilə seçki öncəsi hansı tədbirlər keçirilir?

- Təsadüfi deyil ki, şura bu il xüsusi olaraq, seçki ilə bağlı müsabiqə elan etdi. 5 QHT  koalisiyasının təkliflərini dəstəklədi və 5 kolisiya QHT-lərin üzvlərinin potensialını cəlb etməklə vətəndaşların maarifləndirilməsi işini həyata keçirir, həm də seçkilərin monitorinqini və “ekzit-poll”unu təşkil edir. Koalisiyalar artıq seçkiqabağı dövrün monitorinqi ilə bağlı bizim təşkilata bir neçə hesabat da veriblər. Biz “ekzit-poll”a bağlı əlavə maliyyə də ayırdıq ki, onun təşkili üçün QHT-lər öz işlərini yaxşı qura bilsinlər.
QHT koalisiyaları Azərbaycanın hər bir rayonunda çox maraqlı görüşlər keçirir və vətəndaşların aktivliyindən, suallarından belə başa düşmək olur ki, onlar bu seçkiyə çox böyük önəm verirlər. Bu seçkinin Azərbaycanın dövlətçilik taleyində mühüm bir siyasi akt olduğunu bilirlər. Şübhə etmirəm ki, vətəndaşlarımız məhz öz vətəndaşlıq məsuliyyətini dərk edərək bir nəfər kimi 9 oktyabrda seçki məntəqəsinə gedəcək və Azərbaycanın ən layiqli namizədinə,  Azərbaycan dövlətinin inkişafının qarantına, təminatına səs verəcəklər.
Mənim seçimimə gəldikdə, Azərbaycan dövlətinə nüfuz qazandıran cənab İlham Əliyevə səs verəcəyəm. Bu gün cənab İlham Əliyevin həyata keçirdiyi işlər mütləq şəkildə davam etdirilməlidir. Bu, hesab edirəm həm müxalifətə, həm də iqtidara lazımdır. Bu gün İlham Əliyevin gördüyü işlərdən təkcə ayrı-ayrı qruplar deyil, o cümlədən müxalifət faydalanır.

- Azərbaycanda seçkilərin əsas namizədləri heç vaxt seçkidən sonra bir-birini təbrik etmir. Sizin buna münasibətiniz nəcədir?

- Hesab edirəm ki, hər bir namizəd özündə siyasi mədəniyyət tapıb qalibi dəstəkləməli və onu təbrik etməlidir. Bu siyasi mədəniyyəti artıq Azərbaycana gətirməliyik. İstər prezident seçkisi olsun, istərsə də parlament seçkisi, namizədlər uduzmağı da bacarmalıdır. Onlar çalışmalıdırlar ki, bu şansdan istifadə etsinlər. İnanırıq ki, belə də olacaq.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu