Modern.az

Daha bir güləşçimiz Avropa çempionatını buraxacaq

Daha bir güləşçimiz Avropa çempionatını buraxacaq

8 Fevral 2024, 13:56

Azərbaycanın daha bir güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Sabah Şəriəti yarışı buraxacaq.

 

Məşqçilər heyəti fevralın 12-19-da keçiriləcək qitə çempionatında bu çəkidə daha hazırlıqlı olan Beka Kandelakiyə şans verəcək.

 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Hacı Əliyev və yunan-Roma güləşçisi Eldəniz Əzizlinin Avropa çempionatına qatılmayacağı bəlli olub.(AZƏRTAC)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi