Modern.az

Seçkilər şəffaf keçirildi - İraqlı deputat

Seçkilər şəffaf keçirildi - İraqlı deputat

Aktual

8 Fevral 2024, 14:08

Seçkilərdə çox ciddi müşahidə apardıq və şəffaf şəkildə həyata keçirildiyini şahidi olduq.

 

Modern.az xəbər verir ki, bunu İraq parlamentinin nümayəndə heyətinin rəhbəri Cabbar Al-Çnani Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.

 

O söyləyib ki, 7 seçki məntəqəsində müşahidə aparıblar: "Seçicilər rahat şəkildə səsvermə prosesində iştirak edirdilər. Seçki prosesi beynəlxalq standartlara uyğun təşkil olunmuşdu və inkişaf etmiş ölkələrdən heç də seçilmirdi".

 

Deputat bildirib ki, Azərbaycanla İraq arasında əlaqələr yüksələn xəttlə inkişaf edir.

 

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

 

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI