Modern.az

Putinin amerikalı jurnalistlə müsahibəsi sabah rəsmi saytda çıxacaq

Putinin amerikalı jurnalistlə müsahibəsi sabah rəsmi saytda çıxacaq

Aktual

8 Fevral 2024, 14:44

Prezident Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi cümə günü səhər dövlət başçısının saytında dərc olunacaq.


Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Bu müsahibə cümə günü səhər dərc olacaq, biz vaxtı dəqiqləşdirəcəyik. Rusiya Federasiyasının prezidentin saytında həm videoformatda, həm də tam transkript rus və ingilis dillərində dərc olunacaq”.

Peskov vurğulayıb ki, müsahibə Karlsonun resurslarında çıxandan sonra Kremlin saytında dərc olunacaq.

Mətbuat katibi bildirib ki, Kremlin sözügüdən müsahibəyə reaksiya ilə bağlı konkret gözləntiləri yoxdur:

"Burada heç bir konkret gözlənti ola bilməz. Aydındır ki, reaksiya çox müxtəlif olacaq. Müxtəlif reaksiyalar o deməkdir ki, bununla tanış olublar".


Dmitri Peskovun sözlərinə görə, amerikalı jurnalist Taker Karlson Moskvaya gəldikdən və prezident Vladimir Putindən müsahibə alandan sonra onun Rusiyanın müdafiəsinə ehtiyacı yoxdur. Çünki jurnalist özünü müdafiə edə bilir.

"Karlsonun bizim müdafiəmizə ehtiyacı varmı? Mən belə düşünmürəm. Düşünürəm ki, o, özünü müdafiə edə bilər. ABŞ-da tamamilə sağlam olmayan qüvvələrlə yanaşı, orada sağlam səslər də var. Ona görə də biz izləyəcəyik. Dünyada mümkün qədər çox insanın Rusiya dövlətinin başçısının dünyagörüşü və baxış bucağı ilə necə tanış olması bizim üçün vacibdir”.

Peskovun sözlərinə görə, jurnalist Taker Karlsonun mövqeyi ənənəvi anqlo-sakson mediasının mövqeyindən fərqlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI