Belarusda "samizdat" qəzetlərin minlərlə nüsxəsi yayılır.
Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle"nin belarus xidməti məlumat yayıb.
Məlumata görə, 2023-cü ildə könüllülər həftəlik 7 minə yaxın “Belarusun səsi” və “Belarus saatı” yeraltı qəzetləri çap edirdilərsə, yazın sonu və yayın əvvəlində onların sayı 15 minə çatıb.
"Bütün fəaliyyətlər partizandır. Qəzetlər könüllülər tərəfindən adi printerlərdə çap olunur, hər bir könüllü qrupu müstəqil olaraq yeraltı çap məntəqəsi təşkil edir", - deyə qeyd olunub.
“Belarusun səsi” və “Belarus saatı” bütün bölgələrə yayılıb. Könüllülər deyir ki, "samizdat" internetdən nadir hallarda istifadə edən və ya istifadə etməyən, lakin siyasətlə maraqlanan vətəndaşlara çatacaq. Həmçinin "samizdat" qəzetləri istintaq təcridxanalarına və koloniyalara gedib çıxır.