Modern.az

Klinton Rusiyanın NATO-ya daxil olmasına mane olub? - Putin AÇIQLADI

Klinton Rusiyanın NATO-ya daxil olmasına mane olub? - Putin AÇIQLADI

Dünya

9 Fevral 2024, 07:50

ABŞ-ın keçmiş prezidenti Bill Klinton Rusiyanın NATO-ya daxil olması ehtimalını maraqlı ideya adlandırıb.

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

 

Onun sözlərinə görə, öz komandası ilə danışdıqdan sonra Klinton Rusiyanın alyansa qəbulunun mümkün olmadığına qərar verib.

 

Putin 2000-ci ildə Bill Klintonla görüşdə bu məsələni müzakirə etdiyini bildirib:

 

“Mən ona dedim və sual verdim: “Bill, siz nə düşünürsünüz, Rusiya NATO-ya daxil olmaq məsələsini qaldırsa, sizcə, bu, mümkün olardımı?”. O cavab verdi: “Bilirsiniz, bu maraqlıdır, mən belə düşünürəm”. Axşam naharda görüşəndə dedi: “Bilirsiniz, mən öz xalqımla, komandamla danışmışam – yox, indi bu mümkün deyil”.

 

Putin vurğulayıb ki, Bill Klinton belə bir söhbətin baş verdiyini təsdiqləyə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi