Modern.az

Xankəndidə xeyli silah-sursat aşkarlandı

Xankəndidə xeyli silah-sursat aşkarlandı

9 Fevral 2024, 09:28

Polis əməkdaşları Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar aşkarlayıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Fevralın 8-də Xankəndi şəhəri ərazisində 11 ədəd avtomat silahı, 1 pulemyot, 1 ədəd qumbaraatan, 9 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd qumbara, 4 qumbara alışdırıcısı, 84 ədəd patron darağı, 10712 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI