Modern.az

Pensiyalar artımlarla ÖDƏNİLDİ

Pensiyalar artımlarla ÖDƏNİLDİ

Ölkə

9 Fevral 2024, 11:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə fevral ayının pensiya ödənişini həyata keçirib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib.

 

Artım bu ilin əvvəlindən tətbiq olunduğundan yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödənilib.

 

Gələn həftə ərzində ölkəmizin digər bölgələri üzrə fevral ayının pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya təyin olunmuş şəxslərin bu ay üzrə pensiyaları da artırılmış məbləğlə və yanvar ayının artımı da həmin məbləğə əlavə olunmaqla ödəniləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu