Modern.az

Qanunsuz ov edən şəxslər saxlanıldı

Qanunsuz ov edən şəxslər saxlanıldı

Aktual

9 Fevral 2024, 15:20

Hacıqabulda qanunsuz olaraq ov edən şəxslər müəyyən edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

 

Həmin şəxslərdən 3 ədəd ov silahı, həmin silahlara aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu