Modern.az

Hərbi institutda buraxılış mərasimi 

Hərbi institutda buraxılış mərasimi 

Aktual

9 Fevral 2024, 18:24

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda intensiv xarici dil kurslarının başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Buraxılış mərasimində çıxış edən Hərbi İdarəetmə İnstitunun rektoru, polkovnik Bəbir Quliyev kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

 

Məzunlar adından çıxış edənlər kurs müddətində yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də əməyi olan professor və müəllim heyətinə dinləyicilər adından dərin minnətdarlıqlarını bildiriblər.

 

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu