Seçki atmosferində prezidentliyə namizədlərin hər biri proqramları, şüarları, çıxışları, görüşləri və s. ilə seçicilərin diqqət mərkəzindədir. Lakin gələcək prezidenti seçəcək vətəndaşları konkret fəaliyyətlə bərabər, həm də namizədlərin şəxsi həyatı maraqlandırır.
Modern.az saytı prezidentliyə namizəd olan şəxslərin hər birinin ailəsi barədə oxucuları məlumatlandırır.
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizəd şəxslərdən biri də Ümid Partiyasının sədri, deputat İqbal Ağazadədir.
İqbal Ağazadə 1968-ci il sentyabrın 18-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Evlidir, 2 övladı var.
İqbal Ağazadənin həyat yoldaşı Aytən Ağazadə Tibb Universitetini bitirib, işləmir. Evdar qadındır.
Uşaqlarının hər ikisi orta məktəbdə oxuyur. Oğlu Murad Ağazadə “Çağ-Öyrətim”də 9-cu sinif şagirdi, qızı Aysu Ağazadə isə 27 nömrəli şəhər məktəbində 4-cü sinif şagirdidir.
Aytən ƏLİYEVA