Azərbaycan Demokratiya və Rifah Partiyasının Səbail rayon təşkilatının sədri Xəyyam Çələbinin oğlu Əyyub Çələbi həbs olunub.
Modern.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı məlumat yayıb.
O bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb.
O, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.