Modern.az

İlham Əliyev seçki monitorinqinin yekunlarına görə 1-ci oldu

İlham Əliyev seçki monitorinqinin yekunlarına görə 1-ci oldu

Qarabağ

4 Oktyabr 2013, 13:48

QHT Əməkdaşlıq Alyansı monitorinqinin yekun nəticələrini elan etdi

Oktyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansının həmsədrləri Rufiz Qonaqov, Rəfail Becanov və Yadigar Məmmədli 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkisinin uzunmüddətli monitorinqinin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Alyansın həmsədri Rufiz Qonaqov çıxış edərək bildirib ki, Prezident seçkisinin monitorinqinin ikinci mərhələsi də artıq yekunlaşıb. Bu mərhələ 12 sentyabrdan başlanıb: “Bu mərhələdə 5 regionda monitorinqlər aparıldı. Ümumilikdə 11 region əhatə olundu. 11 regionda 78 rayonu əhatə etmişik. Monitorinqə ümumilikdə 19 500 nəfər respondent cəl olunub. Əsas məqsədimiz əhalinin seçki hazırlığını müşahidə etmək, partiyaların və namizədlərin reytinqini müəyyənləşdirmək, onların hansı partiya və namizədə inandığının monitorinqinin aparılması olub. “Prezidentliyə namizədlərdən daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən respondentlərin 86.46 %-i prezident İlham Əliyevə inandıqlarını bildiriblər. 6.54 % Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2.5 % Ümid Partiyasının sədri İqbal Ağazadəyə, 2.4 % Qüdrət Həsənquliyevə, 0.70% Sərdar Cəlaloğluna, 0.44 % Zahid Oruca, 0.43% İlyas İsmayılova, 0.53% isə digər namizədlərə inandıqlarını bildiriblər. “Bu gün seçki keçirilərsə, kimə səs verərdiniz” sualına cavabda da İlham Əliyev böyük üstünlüklə irəlidədir. Monitorinqə cəlb edilən 19 500 nəfərin 86.46 %-i, yəni 16 860 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib. Onlardan 6.54%-i, yəni 1276 nəfəri isə Milli Şuranın namizədi Cəmil Həsənliyə, 2.5%, 487.5 nəfər İqbal Ağazadəyə, 2.4 %-i, 467.75 nəfər isə Qüdrət Həsənquliyevə,  2.1%-i, yəni, 408.75 nəfər isə digər namizədlərə “səs verərdim” deyə cavab verib”.

Alyansın həmsədri Rəfail Becanov bağlı bildirib ki, namizədlərin reytinqi müəyyənləşdirilən kimi, siyasi partiyaların da yekun reytinqlərinin öyrənilməsi monitorinqin əsas predmetlərindən biri olub. Siyasi partiyaların azad fəaliyyət imkanlarını ölkədə demokratik şəraitin mövcudluğu, müasir sivil cəmiyyətin formalaşması, insanların siyasi baxışlarını azad ifadə etməsinin nümunəsi sayan 91% respondentin fikrincə, bu ölkəmizin demokratik dəyərlərə sayğısı və Azərbaycanın demokratik inkişaf yolunda olmasının təzahürüdür. Partiyaların reytinqində də birincilik YAP-a məxsusdur: ”Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 16860 nəfəri, yəni 86,46%-i YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər. Respondentlərin 2.640 nəfəri, yəni 13.54%-i isə digər partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər. Bu sırada isə 2.87%-lə AXCP, 2.82 %-lə Müsavat, 1.62 %-lə KXCP, 1,43%-lə ALP, 1.36%-lə Ümid, 1.18%-lə BAXCP  qərarlaşıb. 2.26% Ədalət, ASDP, MMP və digət partiyalar arasında bölünür. Monitorinqin və sorğunun nəticələrindən aydın olur ki, YAP və onun prezidentliyə namizədi İlham Əliyev sabit elektorata malikdir”

Alyansın həmsədri Yadigar Məmmədli ölkədəki seçki mühiti ilə bağlı çıxış edib. O, bildirib ki, 11 regionda aparılan monitorinq zamanı hər hansı qanun pozuntusu aşkarlanmayıb. İmzatoplama kampaniyası, namizədlərin qeydiyyatı kimi seçki təşviqatı prosesi də özünəməxsus və hər hansı problem müşahidə edilmədən keçirilib. Namizədlərə seçki təşviqatı ilə bağlı 68 rayon mərkəzində mitinq və kütləvi tədbirlər keçirilməsi üçün açıq və qapalı yerlər ayrılıb. Pulsuz təşviqat kampaniyasının aparılmasına, ictimai televiziyada (İTV) və  radioada, o cümlədən rəsmi dövlət qəzetləri olan “Azərbaycan” və “Xalq” qəzetlərində ödənişsiz təşviqat üçün imkan yaradılıb.
QHT Əməkdaşlıq Alyansı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «2013-cü il Prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili» layihəsini həyata keçirir. Monitorinqə ümumilikdə 19 500 nəfər respondent cəlb olunub. 11 regionda 78 rayonda monitorinq aparılıb.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu