Modern.az

Dayanma-durma qaydalarını pozan sürücülər cəzalandırıldı

Dayanma-durma qaydalarını pozan sürücülər cəzalandırıldı

Aktual

11 Fevral 2024, 21:54

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində dayanma-durma, parklanma qaydalarını pozan, nəqliyyat vasitələrini ikinci cərgədə saxlayan sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıb.

 

Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu