Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski Prezident İlham Əliyevi təbrik edib.
Modern.az xəbər verir ki, təbrikdə deylir:
"Əziz İlham Heydər oğlu.
Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Siz haqlı olaraq təkcə öz Vətəninizdə deyil, həm də bizim ölkədə və bütün dünyada öz xalqı və regionda sülh üçün çoxlu işlər görmüş təcrübəli, uzaqgörən siyasi xadim kimi böyük ehtiram, yüksək nüfuz qazanmısınız. Keçirilən seçkilərin nəticələri də bunu inamlı şəkildə göstərdi.
Dahi atanızın, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasətinin və həyatı boyu gördüyü işlərin layiqli varisi və davamçısı kimi, Siz onun ideyalarını uğurla davam etdirirsiniz.
Əminəm ki, Sizin yenidən Prezident seçilməyinizlə bu istiqamətdə aparılan işlər daha fəal davam etdiriləcək və bu işlərin soydaşlarınıza, ölkənin bütün vətəndaşlarına, bütünlükdə xalqlarımıza fayda gətirməsi üçün səylərinizi əsirgəməyəcəksiniz.
Bizim aramızda yaranmış şəxsi etimad və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm, əziz tuturam.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, səadət, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda əmin-amanlıq diləyirəm".
***
12:02
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Modern.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bütün kollektivi adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Siz öz yorulmaz əməyiniz və tam fədakarlığınızla belə yüksək vəzifəyə ən layiqli namizəd olduğunuzu növbəti dəfə sübut etdiniz. Yüksək peşəkarlığınız, müstəsna şəxsi və işgüzar keyfiyyətləriniz Sizi hədəfi aydın şəkildə görən və nəzərəçarpacaq nəticələrə müvəffəq olan müdrik və qətiyyətli rəhbər kimi xarakterizə edir. Biz uzunəsrlik tarixə və möhkəm ənənələrə malik gözəl diyarın getdikcə gözümüz önündə çiçəklənən və sabit, hər bir insanın öz arzularına çata və öz xoşbəxtliyini tapa biləcəyi dövlətə necə çevrildiyini görürük.
Bu xoş fürsətdən istifadə edərək, Sizə bizim əməkdaşlığımıza diqqətli və səmimi münasibətinizə görə minnətdarlıq edirəm. Moskva Universitetinin Bakı şəhərindəki filialı uzun illər fəaliyyəti boyunca elm və təhsilin inkişafına uğurla xidmət edir və dövlətlərimizin səmərəli əməkdaşlığını möhkəmləndirir.
Möhtərəm İlham Heydər oğlu, bu gün mən Sizin ünvanınıza səsləndirilən bütün səmimi sözlərə böyük məmnuniyyətlə qoşulur, Sizə möhkəm cansağlığı, firavanlıq, yeni maraqlı layihələr və düşündüyünüz bütün planlarınızın həyata keçməsini arzulayıram".