Modern.az

Qərbin Azərbaycandakı seçkilərə qərəzinin arxasında duran SƏBƏB

Qərbin Azərbaycandakı seçkilərə qərəzinin arxasında duran SƏBƏB

Analitika

15 Fevral 2024, 09:12

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri Prezident İlham Əliyevin mütləq qələbəsi ilə başa çatıb. Seçkilərdən sonra dünyanın bir çox dövlətinin lideri, təşkilatların baş katibləri İlham Əliyevə zəng edərək, mçəktub göndərərək təbrik edib.

 

Seçkilərdən sonra Qərbdən də çoxsaylı təbrik məktubları göndərilib. Ancaq Qərbdə hələ də seçkilərin nəticələrini həzm edə bilməyən qüvvələr mövcuddur.

 

İrlandiyalı tarixçi və politoloq Patrik Uolş Modern.az-a bildirib ki, demokratiya həqiqətən seçki qutusunda ifadə edilən xalqın milli iradəsi ilə bağlı olmalıdır.

 

"Aydındır ki, Prezident Əliyev dövlətin xilasına və uğurlu inkişafına cavabdeh olan atası Heydər Əliyevdən sonra xalqın rəğbətini qazanmış, ölkəsinin müharibələrdə qalib gəlmiş lideridir. Deməli, prezident Əliyevin mandatının yenidən böyük səs çoxluğu ilə yenilənməsini görməsinin demokratik səbəbləri var”, - o qeyd edib.

 

Politoloq bildirib ki, Qərbin Azərbaycana qarşı qərəzinin bir neçə səbəbi var:

 

“Əsasən belə görünür ki, Qərb zəif və keçici liderlərlə xoş rəftar etməyi xoşlayır. Belə liderləri olan ölkələr üzərində hegemonluq etmək şansı daha çoxdur. ABŞ-ın maraqlarına tabe olmayan hökumətləri dəyişdirmək üçün öz vasitələri ilə Qərb tərəfindən təzyiqlər edilə bilər. Hazırda Avropa belə bir xarakter daşıyır və o, Ukrayna müharibəsindən sonra Vaşinqtonun hegemonluğu və vassalı altına düşüb. Buna görə də biz Qərbin uzunmüddətli uğurlu liderlərə qarşı “demokratik ideologiya”dan güclü şəkildə istifadə etdiyini görürük. Məhz buna görə də Qərb məsələn Paşinyan kimi biri ilə münasibət qurmaqdan daha xoşbəxtdir”.

 

Qeyd edək ki, seçkilərdə 7 namizəd mübarizə aparıb. Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfər olub. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyib. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil ediblər. Yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxın olub. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok